Şəfa Əliyeva: “Cismini ruhuna satdı”-Ən qısa hekayə

Şəfa Əliyeva: “Cismini ruhuna satdı”-Ən qısa hekayə
20 dekabr 2013
# 20:00

Kulis.az Şəfa Əliyevnın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Cismini ruhuna satdı” (477 işarə) hekayəsini təqdim edir.

Vaxtilə Əfsanənin barmağına taxdığı üzüyü bu gün o barmağı ilə birlikdə kəsib götürmüşdü. Belə bir xəyanəti təkrar yaşayacağı ağlına da gəlməzdi. Gözünün önünə hər iki nişanlısının bakirə olmadığı etirafı gəlirdi. O artıq hər ikisi ilə “vidalaşmışdı.”

Törətdiyi cinayətin fərqinə varsa da qeyrətsizlik damğasından onları öldürməklə azad olduğunu düşünürdü. Meşədə sığınan Pərviz polislərdən gizlənmirdi, sadəcə özünə hesabat vermək üçün vaxt qazanmaq istəyirdi. Cismani azadlığına son qoyulacağına baxmayaraq o ruhən indi özünü daha azad hiss edirdi.

# 1467 dəfə oxunub

Müəllifin son yazıları

# # #