Kulis.Az Hüseyn Məhəmmədovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Hörmətsiz abunəçi” (499 işarə) hekayəsini təqdim edir.
Yalnızdı. Nə zəng edəni vardı, nə də gəlib gedəni. Ancaq ümidi vardı. Deyəsən, o ümidinin işığı da getdikcə şam kimi öləziyirdi. Özünü asmağa qərar verdi. Bəlkə o zaman kimsə onun üçün ağlayacaqdı.
Otağındakı özü kimi tək olan tabureti ayağının altına qoydu. Kəndirin halqasını boğazına keçirmişdi ki, telefonuna sms gəldi.
- Şəhidin Tanrıdan istəyi - Elmin Sərdarlı
- AYB katibi: “Əli və Nino”nu boykot etmək lazımdır
- 11 filmin istehsalı məqbul sayıldı
Həyatı kimi qaranlıq otağı bir neçə saniyə işıqlandı. Sevindi. Taburetdən yerə necə atladısa kəndir bir yana, taburet bir yana sıçradı. Cumub telefonu əlinə aldı.
“Hörmətli abunəçi, bu gün danışıq kartınızın vaxtı bitir. Xahiş edirik balansınızı artırasınız”.