Afət Hacıyeva: "Fəsillərdə gözləyirəm" Ən qısa hekayə

Afət Hacıyeva: "Fəsillərdə gözləyirəm" Ən qısa hekayə
17 dekabr 2013
# 10:00

Kulis.Az Afət Hacıyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Fəsillərdə gözləyirəm” (381 işarə) hekayəsini təqdim edir.

Aşiqim gələr... Gül bülbülə, bülbül gülə aşiq olur. Yazdır axı...

Günəş yüz əlli milyon uzaqlıqdan yeri qızdırır. Gələr, qəlbi isinmişdir. Yaydır axı...

Gələr... Romantika başlayır yarpağın torpağa düşməsi məhəbbətiylə. Payızdır axı...

Soyuq düşüb... Vücudumu mənə unutduran şaxta kim bilir onun da yaddaşını keyidib... Qışdır axı...

Deyirlər axı... Qadın müəyyən yaşa kimi ümidlə gözləyir, müəyyənyaşdan sonra ümidsizcə amma yenə də gözləyir...

# 3340 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #