Nizamnamə pozuntusuyla 70 yaşlı baş redaktor təyinatı

Nizamnamə pozuntusuyla 70 yaşlı baş redaktor təyinatı
18 sentyabr 2013
# 10:52

“Qobustan” jurnalının baş redaktoru, şair Ələkbər Salahzadə 1 sentyabrda vəfat etdikdən sonra boş qalan postuna təyinat olub. Kulis.Az-ın məlumatına görə tərcüməçi Vaqif Əlixanlı katibliyin qərarı ilə baş redaktor təyin edilib. Oktyabr ayının 13-də 70 yaşı tamam olacaq Vaqif Əlixanlı əvvəllər Azərbaycan Televiziyasında, "Azərbaycanfilm" kinostudiyasında, Mədəniyyət nazirliyində çalışıb. Daha çox tərcüməçi və redaktor kimi fəaliyyət göstərən Vaqif Əlixanlı həm də hekayələr müəllifidir.

AYB daxilindəki mənbələrdən aldığımız məlumata görə Vaqif Əlixanlının təyinatı katibliyin iclasında baş tutub. Onu bu vəzifəyə AYB sədri Anar təklif edib. Cəmi 10 dəqiqə çəkən iclasda sədrin təklifi yekdilliklə qəbul edilib. Katibliyin iclasından bir az əvvəl Vaqif Bəhmənli ilə Çingiz Əlioğlunun AYB-də görünməsi bu şəxslərin yeni təyinatda maraqlı olmaları kimi şərh edilir.

Qurumdan rəsmi dövlət agentliyinə verilən məlumatda qərarın AYB rəhbərliyi tərəfindən verilməsi vurğulanıb. Lakin Yazıçılar Birliyinin nizamnaməsinin III.4.-cü bəndində mətbu orqanların rəhbərliyinin təyinat proseduru bu cür göstərilib: Katibliyin təklifi ilə İdarə heyəti tərəfindən təsdiq edilir.

Amma AYB katibliyin təklifini birbaşa qərar kimi rəsmiləşdirərək İdarə Heyətini toplamağa ehtiyac görməyib.

# 2088 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #