AYB-nin bir mətbu orqanı özünü bir ay saxlaya bilərmi?

AYB-nin bir mətbu orqanı özünü bir ay saxlaya bilərmi?
10 yanvar 2013
# 14:18

“Xəzər” jurnalının baş redaktor müavini Zakir Fəxri Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlunun səsləndirdiyi fikirlərə cavab verib.

Zakir Fəxri Kulis.Az-a Ədalət Əsgəroğlunun mövqeyini primitiv saydığını söyləyib: “”Xəzər” jurnalının baş redaktoru Afaq Məsud, baş redaktor müavinləri Sadaq Budaqlı, Tofiq Abdin, Yaşardır. Ədalət bu adamları tanımır? Azərbaycan Yazıçılar Birliyi həmişə dotasiya ilə işləyib, ancaq Tərcümə Mərkəzi 14 il ərzində öz-özünü maliyyələşdirib, bizə cəmi 5-6 ildir ki, pul ayrılır. O da cüzi miqdarda. Bu 14 il ərzində biz dünya ədəbiyyatının şedevrlərindən olan yüzlərlə əsəri kitab, jurnal, bülleten halında çap etmişik. Görəsən, AYB və onun bircə mətbu orqanı özünü bircə ay dövlət büdcəsindən maliyyəsi olmadan təmin edə bilər? Bundan niyə danışmırlar. Bizi öz mətbu orqanları ilə müqayisə etməsinlər. Çünki qızılla paslanmış dəmirin fərqini hamı bilir”.

# 3246 dəfə oxunub

Müəllifin son yazıları

# # #