Bu gün Aqşin Yeniseyin 36 yaşı tamam olur. Kulis.Az Aqşin əlaqə saxlayıb doğum günü təəssüratlarını bölüşdü:
“37 yaş yaradıcı adamların nədənsə qorxa-qorxa yaxınlaşdığı, hətta yanından sivişib keçmək istədikləri bir yaş dövrüdür. Ancaq mən 36 yaşımda ağır serroz xəstəliyindən qurtulduğum üçün özümü oğlumla yaşıd hiss edirəm, hətta fiziki inkişafımız da eynidir. O da divarlardan tuta-tuta yerimək öyrənir, mən də. Bilirsiniz ki, üç-dörd aylıq yataq xəstəsi olandan sonra dərhal ayağa qalxmaq olmur. Bütün əzələlər keyiyir, oynaqlar paslanır. Hər şeyi yenidən başlamaq lazım gəlir. İndi evdə bu balaca insana qoşulub yaşayırıq, o, hər şeyi yeni öyrənir, mən isə öyrəndiklərimi təkrar edirəm. Hədəf növbəti 37-dir.”