Ələsgər Süleymanov: “Şəhid balası”-Ən qısa hekayə

Ələsgər Süleymanov: “Şəhid balası”-Ən qısa hekayə
22 dekabr 2013
# 09:00

Kulis.az Ələsgər Süleymanovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Şəhid balası” (488 işarə) hekayəsini təqdim edir.

Qar yağırdı... 94-ün qışı sərt gəlmişdi. Avtomobili çətinliklə idarə edirdim. İşıqforun qırmızı işığı möhlət vermədi. Birtəhər saxladım. Pəncərənin tıkkıltısı diksindirdi məni. Elə bil daşla döydülər. Şüşəni endirdim. 11-12 yaşlarında qarayanız bir qız uşağıydı. Soyuqdan donmuş yalın əlləriynən döymüşdü pəncərəni. Taqətsiz çörəkpulu istədi. Aci mənzərəydi. Qaraçı sandım. Acıqlı-acıqlı bir neçə xırda pul uzatdım.

- Bu qiyamatda da yolda durarlar?

- Acam..

- Bəs valideyinlərin hanı?

-Yoxdu.

-Niyə?

- Atam şəhid olub..

Qanım dondu.

- Bəs anan?

- Anam əsir düşdü...

# 2331 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #