Vəfa Qurbanova: “Maskalar ölkəsi” - Ən qısa hekayə

Vəfa Qurbanova: “Maskalar ölkəsi” - Ən qısa hekayə
21 dekabr 2013
# 18:00

Kulis.az Vəfa Qurbanovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Maskalar ölkəsi” (382 işarə) hekayəsini təqdim edir.

Dünyanın var olmadığı bir zamanda yalnız yeganə olan Maskalar ölkəsi var idi. İnsanlar maskasız gəzməz amma yalnız maskasızlara inanıb, pərəstiş edərdilər ölkənin padşahına etdikləri kimi. Hər insan yalnız ona inanardı və hər insan yanındakı hər bir insanın maskasız olmasını istəyib, buna da özünü inandırardı. Padşah isə ona inananların qarşısında hər çıxışından sonra öz otağında kürsüsünə əyləşib gizlin maskasını çıxararaq gülümsünərdi.

# 1583 dəfə oxunub

Müəllifin son yazıları

# # #