Vüqar Məmmədzadə: “Günahsız qatil”-Ən qısa hekayə

Vüqar Məmmədzadə: “Günahsız qatil”-Ən qısa hekayə
20 dekabr 2013
# 21:00

Kulis.az Vüqar Məmmədzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Günahsız qatil” (311 işarə) hekayəsini təqdim edir.

Yavaş-yavaş nəfəsi kəsilir, ürək döyüntüsü dayanır, açıq gözlərini yumurdu... Hərəkətsiz və susqun halı ətrafa çökmüşdü... O isə tez-tez nəfəs alır, ürəyi sürətlə döyünür, bağlı gözlərini açırdı...

Nizamsız hərəkətləri və çığırtıyla ağlayışı bayaqkı sükutu çoxdan pozmuşdu... O, dünyadan köçmüşdü, o dünyaya köç etmişdi...

Doğularkən öldürmüşdü anasını...

# 7288 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #