Kulis.az Pərviz Hacıyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sonun başlanğıcı” (476 işarə) hekayəsini təqdim edir.
... və birdən qapı döyüldü.
“ Yer üzünün bütün yaşanmışları yox olub, həyatlar sönərkən, cəmiyyətin yararsız, yarımçıq, beyninin məhdud qismi çalışan və bu günə qədər varlığı heç hiss olunmayan nümayəndəsi uzaq bir yerdə yerləşən daxmacıqda qorxmuş halda qapını açdı. Qarşısında sanki onun illərdir gözlədiyi-hər şeyi ilə, hər yönü ilə ona bənzəyən arzularının qadını durmuşdu.
- Varlılar, kofe və ENTROPİYA HAQQINDA
- Dustaqlar “Dolu”ya baxıblar
- "Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında
Qadın sakitcə keçib oturdu. Kişi küncdə topalanmış çürük almalardan birini uzadaraq soruşdu :
- Adın nədir ?
- Xatırlamaq istəmirəm, Həvva olsunmu? “
Sonuncu Adəm oturmuşdu və...