Kənan Hacı: “Dərə kəndin adamları”-Ən qısa hekayə

Kənan Hacı: “Dərə kəndin adamları”-Ən qısa hekayə
17 dekabr 2013
# 00:00

Kulis.az Kənan Hacının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Dərə kəndin adamları” (462 işarə) hekayəsini təqdim edir.

Qumar gedir. Nərd, domino daşlarının şaqqıltısı avaraçılığın simfoniyasını bəstələyir. Kolodanı qarışdıran cinbala masanın altındaca üç tuzu hazırlayır. Çayçı Vahab “Kazbek”i sümbələyir. Törəboy bir kişi oyundaşına künc masada oturmuş çəlimsiz oğlanı göstərir:

- Heyif bu gədədən, havalanıb deyirlər, şeir-zad yazır.

Hallanmış oyundaşı bir “dərman” şeş qoşa atır:

- Bu da sənün marsun! Gəl görüm tasa!

Törəboy kişi nərdi qapayır.

- Alə, bura dərə kənd diyəllər. Gəl görüm tasa...

Çəlimsiz oğlan manatlığı çaydanın altına qoyub sivişir.

# 2442 dəfə oxunub

Müəllifin son yazıları

# # #