Rəşad Həsənov: “Hamı Mübariz idi”-Ən qısa hekayə

Rəşad Həsənov: “Hamı Mübariz idi”-Ən qısa hekayə
25 dekabr 2013
# 17:00

Kulis.az Rəşad Həsənovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Hamı Mübariz idi” (195 işarə) hekayəsini təqdim edir.

Bölük axşam yoxlanışına düzülüb. Siyahı üzrə adı çəkilən hər əsgər ucadan “Mən” deyir. Sonuncu əsgərin adı oxunur. Sükutu böyük bir gurultu pozur. Bütün əsgərlər birlikdə “Mən” deyirlər. Sıra üzrə sonuncu İbrahimov Mübariz idi.

# 1448 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #