Pərviz İmanov: “Əsgərin sevinci”-Ən qısa hekayə

Pərviz İmanov: “Əsgərin sevinci”-Ən qısa hekayə
25 dekabr 2013
# 15:00

Kulis.az Pərviz İmanovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Əsgərin sevinci” (452 işarə) hekayəsini təqdim edir.

Saatlarla davam edən döyüşlərdə onun yalnız bir istəyi var idi: beş dəqiqə fasilə olsa əllərini tətikdən çəkib ayaq barmaqlarını qaşıyardı. Bəzən hətta dolu avtomat darağını şiddətlə qaşınan barmaqlarının arasına boşaltmaq istəyirdi. Bacarmırdı artıq.

Ayaqlarında göbələk xəstəliyi var idi. Dərmanlar da tükənmişdi.

Son döyüş... Yanında partlayan mərmi... Ətrafa səpələnən qəlpələr...

Birdə gözlərini xəstəxanada açdı. Xatırladığı son şey - qaşınan ayaqları idi... Onlar artıq qaşınmırdı və bu onu hələ ki, sevindirirdi.

# 1959 dəfə oxunub

Müəllifin son yazıları

# # #