Rəşidə Abdulayeva: “Dəvə Kazım” - Ən qısa hekayə

Rəşidə Abdulayeva: “Dəvə Kazım” - Ən qısa hekayə
21 dekabr 2013
# 21:00

Kulis.az Rəşidə Abdulayevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Dəvə Kazım” (496 işarə) hekayəsini təqdim edir.

Yaşlı kişi xəstəxana həyətində skamyada oturub otların arasındakı quşları izləyirdi.

Cavan oğlan köhnə tanışına baxıb qıza dedi:

- Bu kişi əvvəllər varlı olub. Pul verib, artıqlamasıyla sələm götürürdü, heç nəyi unutmadığı üçün ona hətta ləqəb də qoşmuşdular: “Dəvə Kazım”. 2-3 il əvvəl qoçularıyla bir kasıb qonşumuzun üstünə hücuma gəlmişdi. “Mənə də Kazım deyərlər, evini başına yıxaram! Eşidirsən, dünya dağılsa da, pulumu qaytaracaqsan!”-deyirdi.

- Bəs nə oldu, dünya dağıldımı?!-ağıllı qız gülümsəyərək ona baxdı.

- Yox, Nazilə.. Dünya dağılmadı, amma o, yaddaşını itirdi.

# 1723 dəfə oxunub

Müəllifin son yazıları

# # #