Həbib Kərimov: "Avtobusdakı sevgi" Ən qısa hekayə

Həbib Kərimov: "Avtobusdakı sevgi" Ən qısa hekayə
20 dekabr 2013
# 10:00

Kulis.Az Həbib Kərimovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Avtobusdakı sevgi” (423 işarə) hekayəsini təqdim edir.

Hər səhər eyni avtobusda eyni vaxta uzun bir qıza yer verirəm. Qərar verdim ki, evdən çıxanda bu gün yer verməyəcəm, nə isə qız avtobusa mindi və mən tərəfə yaxınlaşdı. Yerimdən durmadım. Qız mənə elə baxdı ki, sanki borc alıb verməmişəm, elə bil buna padruqasıyla xəyanət etmişəm. Sonra bir az qabağa getdi bir oğlan yer verdi. Saçlarını hind kinolarındakı qızlar kimi əliylə itələyib "sənə güvənmişdım sənin üçün gəlmişdim indi gedirəm Əlvida Cimi" deyər kimi oturdu. Ürəyim ağrıdı və bu sevgi bitdi.

# 2572 dəfə oxunub

Müəllifin son yazıları

# # #