Mikayıl Müşfiqin "Seçilmiş əsərləri" təqdim olundu

Mikayıl Müşfiqin "Seçilmiş əsərləri" təqdim olundu
5 iyun 2013
# 12:02

Xalq Bankın baş ofisində “Xalq əmanəti” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin "Seçilmiş əsərləri" geniş ictimaiyyətə təqdim edilib.

M. Müşfiqin 105 illik yubileyi ərəfəsində çap edilən kitabın təqdimat mərasimində millət vəkilləri Rafael Hüseynov, Aydın Mirzəzadə, Nizami Cəfərov, yazıçılar, ictimai xadimlər iştirak edib.

M. Müşfiqin "Seçilmiş əsərləri" “Xalq əmanəti” layihəsi çərçivəsində təqdim edilən sayca səkkizinci nəşrdir.

Layihənin rəhbəri Rafiq Həşimov, tərtibçisi Səlim Babullaoğludur.

“Xalq əmanəti” layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə töhfədir.

# 2184 dəfə oxunub

Müəllifin son yazıları

# # #