Litvanın tanınmış kinorejissoru ilə görüş olacaq

 Litvanın tanınmış kinorejissoru ilə görüş olacaq
13 may 2019
# 14:55

Mayın 15-də “CinemaPlus Azərbaycan” kinoteatrında Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş olacaq.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından bildirilib ki, görüş ittifaq və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Görüşdən sonra rejissorun “Qədim meşə” (“Древний лес”) filmi nümayiş olunacaq. /azertag.az/

# 2242 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #