Aqşin Yeniseydən ƏN MƏŞHUR ŞEİR

Aqşin Yeniseydən <span style="color:red;">ƏN MƏŞHUR ŞEİR
14 may 2017
# 13:20

Kulis.az şair Aqşin Yeniseyin ən məşhur şeirlərindən olan “Kənd” şeirini təqdim edir.

çaylar axar ağacların içindən, içindən,
quruyarlar budaqlar öz ucundan, ucundan,
quşlar qorxar buludların köçündən, köçündən,
şimşək çaxar göydən qaçar yağışlar, yağışlar.

doluşar ot tayasına sərçələr, sərçələr,
sərçələr ot tayasında gecələr, gecələr,
yorğun sürü axşam kəndə gec gələr, gec gələr,
gün batınca kəndə enər yoxuşlar, yoxuşlar.

gövşəyərək köks ötürər inəklər, inəklər.
boylu gəlin yuyub sərər köynəklər, köynəklər,
süfrə üstə pıçıldaşar bəbəklər, bəbəklər.
sükut çökər, fikrə gedər baxışlar, baxışlar.

səhər günəş qonşu kənddən ucalar, ucalar,
oyanmamış hələ həyət bacalar, bacalar,
sübhdən qalxıb namaz qılar qocalar, qocalar,
diz çökərlər, allah bizi bağışla, bağışla.

# 1349 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #