"Küləklə sovrulanlar" ilk dəfə Azərbaycan dilində

"Küləklə sovrulanlar" ilk dəfə Azərbaycan dilində
24 may 2016
# 12:08

Amerika yazıçısı Marqaret Mitçelin "Küləklə sovrulanlar" romanı ilk dəfə Azərbaycan dilində çapdan çıxıb. Kulis.az-ın məlumatına görə əsər "Şərq-Qərb" Nəşriyyat evində nəfis şəkildə çap olunub.

İki cilddən ibarət kitabın ingilis dilindən tərcüməçisi və ön sözünün müəllifi yazıçı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir.

"Küləklə sovrulanlar" dünyanın qırxdan çox dilinə çevrilib, bestseller əsər kimi şöhrət qazanıb. 1939-cu ildə romanın əsasında eyniadlı film çəkilib.

# 1271 dəfə oxunub

Müəllifin son yazıları

# # #