Elçin Əlibəyli: “Kitablar azad olmalıdır” MÖVQE

Elçin Əlibəyli: “Kitablar azad olmalıdır” MÖVQE
29 may 2015
# 22:30

Sənətşünaslıq doktoru, məşhur teleaparıcı Elçin Əlibəyli “Əli və Nino” mağazası ətrafında gedən mübahisələr barədə danışıb. Kulisə danışan Elçin Əlibəyli baş verənlərin onu təəccübləndirdiyini deyib: “Azərbaycan ədəbiyyatında kifayət qədər ciddi qələmi olan Qan Turalının “Doqquz hekayə” kitabı ətrafında kifayət qədər ciddi şəkildə polemika qurulmalıdır. Lakin biz mağazanın qadağasını müzakirə edirik. Mağazanın qadağası Sovet rejiminin bir başqa növüdür. Kitabın məzmunundan , mövqeyindən, üslubundan, janrından asılı olmayaraq bütün kitablar azad şəkildə oxucuya çatmalıdır. Bütün ədəbiyyatlar azad olmalıdır. Biz Qan Turalının əsərində hansısa milli, dini, ayrıseçkilik varsa o qadağan olunsun. Qan Turalı güllələnsin”. “Mənim anbarında yer yoxdur” sözlərini Nigar Köçərliyə heç cür yaraşdırmıram. Kitab anbarında kitaba yer yoxdursa bəs nəyə yer var? Mən özüm də kitab müəllifiyəm. Amma kitablarımı satmıram. Çünki Azərbaycanda elmi kitablar satış üçün deyil.

Elçin Əlibəyli cəmiyyətin kitaba qarşı biganə münasibətindən danışıb: “İllərdir mübarizə apardığımız nədir? Kitab oxunsun! Hansı cəbhədə hansı yerdə olmayaraq kitaba azadlıq verilməlidir. İndi də belə bir bum yaranıb. Yeni nəsil gənclər bu kitabları alıb oxuyurlar. Mən hər dəfə Facebookda və müxtəlif sosial şəbəkələrdə imza günlərindən paylaşımlar görürəm. Oğlanları, qızları görürəm. Mən buna çox sevinirəm. Gənclər imza günlərinə kitab dalınca gəlirlər. Bir oxucu belə qazanırıqsa bu bizim qazancımızdır. O gedib çayxanada oturub domino oynamaq əvəzinə kitab oxuyursa bu bizim qazancımızdır. “Əli və Nino”nun bu mövqeyini heç cür izah edə bilmirəm. Kitab satışına bu cür qadağalara görə təəssüf edirəm. Doğrusu, əvvəl elə bildim ki, bu zarafatdır. Lakin məsələni dəqiq öyrənəndən sonra dəhşətə gəldim. Qan Turalının kitabı necə cilddir ki, ona anbarda yer tapılmasın. Mən Nigar Köçərli ilə illərdir əməkdaşlıq etmişəm. Dostluq eləmişik. Mən kitab bazarı haqda verilişlər eləmişəm. Ona görə də ondan belə bir mövqe gözləmirəm. İnanmaq istəmirəm ki, bu şəxsi qərəzlik olsun. Nicat Həşimzadə adlə bir gənc yazar Facebokda yazıb ki, Qan Turalı Kulisdə mənim yazımı çap etmədi ki, mənim öz yazıçılarımız var, amma indi Əli və Ninoya kitablarını satmadığı üçün etiraz edir. Hesab edirəm ki, bu məsələlər qarışdırılmamalıdır. Mətbu orqanın siyasətini baş redaktor müəyyənləşdirir, hər bir saytın öz yazarları olur, misal üçün mənim Kulisdə bəyəndiyim yazarlar var ki, onları mütəmadi oxuyuram. Lakin mağaza isə bütün kitabları satmağa borcludur. Hərra ilk kitabı çıxan müəllifin də. Lakin söhbət Qan Turalı kimi hər bir kitabı yetəri qədər müzakirə edilmiş, “Əıi və Nino”nun satış onluqlarına liderlik etmiş müəlliflərdən gedirsə mən bunu şəxsiqərəzlik sayıram. Sırf yaradıcı münasibətdə şəxsiqərəzlik ola bilər, lakin kitab satışında bu cür şəxsiqərəzliyin mövcud olmasına mən inanmaq istəmirəm.

Mən yazıçıların mövqeyin oxudum. Könül Həsənqulunun mövqeynii xoşuna gəldi. Dilqəm Əhmədin mövqeyini bəyəndim. Yazıçıların bu məsələdə həmrəylik göstərməsi çox vacibdir.

Elçin Əlibəyli sonda barışıqdan danışıb: “Mən barışıq təklif edirəm. Arzu edirəm ki, bu münaqişə kitabın, ədəbiyyatın xeyrinə yekunlaşsın. “Əli və Nino” bütün müəlliflərə bərabər baxmalıdır. Biz bir kitab üçün bir mağazaya, digəri üçün başqa mağazaya getməliyik? Onlar taxta şalban satmırlar ki, bir şirkətinkini satsınlar, digərini yox. Ümid edirəm bu məsələ barışıqla həll olunacaq.

# 1103 dəfə oxunub

Müəllifin son yazıları

# # #