Hüseyn İsmayıl: “Gecə söhbəti”-Ən qısa hekayə

Hüseyn İsmayıl: “Gecə söhbəti”-Ən qısa hekayə
26 dekabr 2013
# 13:00

Kulis.az Hüseyn İsmayılın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Gecə söhbəti” (345 işarə) hekayəsini təqdim edir.

Özümlə tək qalan gecələrin birində qulağıma pıçıldayaraq soruşdu məndən:

- Onu MƏNdən çox sevmək üçün bir səbəb de.

- Səbəb yoxdur, dedim, birini sevmək üçün səbəb olmamalıdır. Bir baxırsan sevmisən. Səbəbsiz flansız.

- MƏNə xəyanət etdin, xəyanətlə yaranan sevgi məhv olar, dedi.

- Sənə xəyanət etmədim, səni tərk etdim, onu səndən çox sevdim, dedim.

O gecədən sonra “ÖZÜM”lə bu barədə bir daha danışmadıq.

# 1699 dəfə oxunub

Müəllifin son yazıları

# # #