Hacıbala Səfərov: "Manipulyasiya" Ən qısa hekayə

Hacıbala Səfərov: "Manipulyasiya" Ən qısa hekayə
20 dekabr 2013
# 09:00

Kulis.Az Hacıbala Səfərovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi "Manipulyasiya" (440 işarə) hekayəsini təqdim edir.


Ədəbiyyat fakültəsində dərsə girən professor tələbələrdən soruşdu:

- Ən çətin yazılan nəsr növü hansıdır? Roman, yoxsa hekayə?

Tələbələrdən biri dedi:

- Ən çətin qısa hekayədir, çünki az sözlə çox mətləb açılmalı, üstəlik təsirli olmalıdır.

- Bəs bir qısa hekayə müsabiqəsinə 500-ə yaxın yazar qatılıbsa necə?

- Bu o deməkdir ki, həmin yarışmadan Nobel mükafatına layiq azı on yazar çıxmalıdır, ya da istedadsızlıqlarını dərk etməyən insanlar öz istedadsızlığını dərk edib kənara çəkilməlidir. Başqa cür ola bilməz.

# 2327 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #