Eyvaz Qocayev: "Boyanmış həqiqət" Ən qısa hekayə

Eyvaz Qocayev: "Boyanmış həqiqət" Ən qısa hekayə
20 dekabr 2013
# 08:00

Kulis.Az Eyvaz Qocayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Boyanmış həqiqət” (301 işarə) hekayəsini təqdim edir.

Həkimin qəbulundan xeyli ümidlə evə dönmüşdü. Həkim ona “müayinələrin cavabı müsbətdir, heç bir probleminiz yoxdur” demişdi. Evə dönən kimi ona ümid verən həkimin ad, soyadını "Facebook"da axtarışa verərək dostluq təklifi göndərdi və son statusunu oxudu: “Bu gün bir daha yalan danışmaq məcburiyyətində qaldım... Bir neçə gün ömrü qalan xəstəmə...”

# 14467 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #