Vahid Məhərrəmov: “Səhər çağı”-Ən qısa hekayə

Vahid Məhərrəmov: “Səhər çağı”-Ən qısa hekayə
19 dekabr 2013
# 17:00

Kulis.az Vahid Məhərrəmovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Səhər çağı” (488 işarə) hekayəsini təqdim edir.

Səhər gözünü təzəcə açırdı. Xeyli uzaqdan hürüşən itlərin, banlaşan xoruzların səsi eşidilirdi. Günəşin çıxmasına baxmaq üçün Mais zirvəyə qalxırdı. Otların üstü şehli və sürüşkən olsa da, o dayanmadan yuxarı dırmaşırdı.

Mais bir neçə addım da atıb ən uca nöqtəyə çatdı. Qarşısında gözəl, əsrarəngiz mənzərə açıldı. Üfüq qırmızıya boyanmışdı. Yaşıl dona bürünmüş dərələrdən duman qalxırdı. Qoyun-quzu yamaclara yayılıb otlayırdı. Çoban da tütəyinə güc vermişdi.

Üfüqdən yenicə boylanan günəşin ilk şəfəqləri şehli otların üstündə çimir, Maisin sifətini yalayırdı.

# 1724 dəfə oxunub

Müəllifin son yazıları

# # #