Xəyyam Namazov: “Vətən yoxdur”-Ən qısa hekayə

Xəyyam Namazov: “Vətən yoxdur”-Ən qısa hekayə
18 dekabr 2013
# 23:00

Kulis.az Xəyyam Namazovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Vətən yoxdur” (495 işarə) hekayəsini təqdim edir.

Lüks bir kafe, pivələrini içərək mübahisə edən iki dost.

- Deyirsən ki, hamısı günahkardır, hə? Bəs uşaqlar?!

- O, uşaq dediyin eyni qanı daşıyır onlarla, böyüyəndə digərlərindən bir fərqi olmayacaq.

- Mən şəxsən heç kəsi öldürə bilmərəm. Müharibə axmaqlıqdır!

- Elə, ona görə bu gündəyik. Humanizm, insan haqqları kimi zir-zibillərə inanıb, düşmənimizi unudur, vətənimizi satırıq. Onların qanını da içərəm. Hətta ölməyə də hazı…

Atəş səsi, ani bir uğultu, səssizlik, sonsuz bir qaranlıq, bütün ideyalardan, kimliklərdən və sərhədlərdən azad, hür bir beyin, burada vətən yoxdur!

# 2081 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #