Vüqar Abbasov: “Son göz yaşı” -Ən qısa hekayə

Vüqar Abbasov: “Son göz yaşı” -Ən qısa hekayə
18 dekabr 2013
# 19:00

Kulis.Az Vüqar Abbasovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Son göz yaşı” (482 işarə) hekayəsini təqdim edir.

Qürbətə gedəndə oğlum 6, qızım 8 yaşında idi. Yol boyu qucağımda yatan oğlum gözünü açıb: “Bura haradır?” – soruşdu. “Niderland”- dedim. Bir şey anlamasa da: “Azərbaycana nə vaxt qayıdırıq?” – deyə soruşdu. “Bilmirəm” – dedim. Uşaqların gözündə yaş göründü...

20 il sonra Azərbaycanın hava limanında, oğlumun qucağımda rahat yatan oğlu Azər gözünü açıb:”Bura haradır?” – soruşdu. “Azərbaycan” – dedim. Azər: “Niderlanda nə vaxt qayıdırıq?”- soruşdu. Gözlərimin dolduğunu hiss etdim. Sonra nə olduğundan xəbərim olmadı. Bu, mənim gözlərimdən çıxan son yaş oldu...

# 2888 dəfə oxunub

Müəllifin son yazıları

# # #