Vasif Əlihüseyn: “Bağça uşağı” -Ən qısa hekayə

Vasif Əlihüseyn: “Bağça uşağı” -Ən qısa hekayə
18 dekabr 2013
# 19:00

Kulis.Az Vasif Əlihüseynin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Bağça uşağı” (296 işarə) hekayəsini təqdim edir.

Səhər tezdən kəndin uşaq bağçasının həyətində dayanan maşın karvanlarından düşən, ayağı don vurmuş tay tuşlarımı gördükdə, dəhşətə gəlmişdim.

Atam əlimdən tutaraq, oradan evə aparırdı məni. Bu ildə bağçaya gedə bilməyəcəyimdən giley dolusu danışırdı.

Geriyə boylanıb oranı göstərdim:

- Ata, onlar hardan gəlir?

- Onlar ölümdən gəlirlər oğlum!

# 1597 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #