Əli Həsənov: "Zərbə və təbəssüm" Ən qısa hekayə

Əli Həsənov: "Zərbə və təbəssüm" Ən qısa hekayə
18 dekabr 2013
# 12:00

Kulis.Az Əli Həsənovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Zərbə və təbəssüm” (440 işarə) hekayəsini təqdim edir.

Qarlı havada Akif başını aşağı salıb gedirdi. Həyatdan aldığı zərbələr ona dərindən nəfəs almağı da unutdurmuşdu. Həyətdə qızğın qartopu gedirdi, uşaqlar yoldan keçəni “atəşə” tuturdular. Olanlara reaksiya verməyə halı olmayan Akif qəfil bir qızın atdığı qartopunun acısını hiss etdi. Dayanıb uşağın qorxudan dolan gözlərinə baxdı. Birdən pəncərədən səs eşidildi:

-Qızım, Həyat...

Anasının səsini eşidən qız Akifə baxıb gülümsədi. Bəlkə ilk dəfə idi ki, Həyat ona gülürdü. Dərindən nəfəs alıb yoluna davam etdi.

# 2012 dəfə oxunub

Müəllifin son yazıları

# # #