Mirzə İsgəndərov: “Ah yazaram”-Ən qısa hekayə

Mirzə İsgəndərov: “Ah yazaram”-Ən qısa hekayə
17 dekabr 2013
# 18:00

Kulis.Az Mirzə İsgəndərovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ah yazaram” (430 işarə) hekayəsini təqdim edir.

Yol uzanır, sanki dünya daralırdı... Hətta əlinə qələm alıb yazmaqda mümkün deyil yolun mənəvi və fiziki əzabından...

- Ah, yazaram...

Artıq dayanmışıq, mənəvi zülm getdikcə daha da dərinləşir, fikirlər isə iri darvazanın qarşısında daralır. əl titrəyir, “Xəyal gücü” yaz deyirdi... Amma... Onların narahatlığı imkan vermirdi... Titrək baxışlar qırır ürəyi...

Elektriklə cərəyanlanmış dəmir barmaqlıqlar, arxasındakı əsgərlər... itlər... insanın mənəvi əzabının sonuncu məkanı...

Həbsxana...

# 1749 dəfə oxunub

Müəllifin son yazıları

# # #