Aqşin Talıbzadə: “Dənizə doğru”-Ən qısa hekayə

Aqşin Talıbzadə: “Dənizə doğru”-Ən qısa hekayə
16 dekabr 2013
# 19:00

Kulis.az Aqşin Talıbzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Dənizə doğru” (378 işarə) hekayəsini təqdim edir.

Səhərdir. Hava çiskin. Bakı bulvarına dönəndə qəfil qarşıma çıxdı. Mən velosipeddə, osa – qaraçı qız. Əyni nimdaş idi, özü qəşəng. Evdən götürdüyüm əriyin birini ona uzatdım. Yedi, üzümə baxıb soruşdu:

- Adın nədir?

- Nəyinə lazımdı?

-“E” hərfi ilə başlayır. Varlı olacaqsan. Sənin oğlun olacaq.

Gülümsəyib dedim:

- Yanımda pulum yoxdur.

- Pulun var, vermək istəmirsən. Yaxşı oğlansan. Ölümünü dənizdə görürəm.

Ayrıldıq.

Hələ də onu düşünürəm.

# 3719 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #