Məti Osmanoğlunun 60 illik yubileyi qeyd edilib - FOTOLAR

Məti Osmanoğlunun 60 illik yubileyi qeyd edilib - FOTOLAR
2 iyul 2018
# 17:10

Səməd Vurğunun ev-muzeyində filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun anadan olmasının 60 illik yubileyi qeyd edilib. Yubiley tədbiri çərçivəsində alimin “Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı”, “Sözün o üzündə” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirdə akademik Nizami Cəfərov Məti Osmanoğlunun ədəbi fəaliyyətindən söz açıb.

Bildirib ki, o,1958-ci ildə Qazax rayonun Sadıqlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur. BDU-nun aspiranturasında təhsil alıb. Jurnalistika fəaliyyətinə tələbə olarkən Azərbaycan Dövlət Radiosunda başlayıb, uzun müddət KİV sahəsində fəaliyyət göstərib. Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş silsilə əsərlər müəllifidir. “Əmir Teymurun vəsiyyətləri”, Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu”, Moris Simaşkonun “Sultan Bəybars” əsərlərini dilimizə tərcümə edib. Əli bəy Hüseynzadə ədəbi mükafatının laureatıdır.

Tədbirdə görkəmli elm adamları ilə yanaşı, muzey işçiləri, BDU-nun tələbələri və alimin dostları iştirak ediblər. /azertag.az/

# 1331 dəfə oxunub

Müəllifin son yazıları

# # #