Əli Kərim haqda ƏN GÖZƏL ŞEİR

Əli Kərim haqda <span style="color:red;">ƏN GÖZƏL ŞEİR
1 dekabr 2016
# 11:07

Kulis.az Kələntər Kələntərlinin Əli Kərimin xatirəsinə həsr etdiyi şeiri təqdim edir.

İlk şeirində şair kimi çıxdın üzə

Hər misranda fikir təzə, duyğu təzə

“İki sevgi”n oxunmayan bir məclisə

Əlində gül gülüm gəlməz, Əli Kərim

Sözdən ötrü az girmədin şər altına

Heç nə girməz, şeirin girər zər altına

Əgər məni sən səsləsən yer altına

“Yox” deməyə dilim gəlməz, Əli Kərim

Ürəyimin yarasına basılıb duz

Bilə bilməz sənə dəyən ölüm – quduz

İllərimin ağırı altmışdoqquz

Bundan ağır ilim gəlməz, Əli Kərim

Cəbirliyəm – cəbrin gələr cəbrim üstə

Səbirliyəm – səbrin gələr səbrim üstə

Qəbrini də qəbir bilib qəbrin üstə

Gül qoymağa əlim gəlməz, Əli Kərim

Diləyini daşıyıram diləyimdə

Gileyini yaşadıram gileyimdə

Neçə canlı xatirə var ürəyimdə

Heç birinə ölüm gəlməz, Əli Kərim!

Image result for kələntər kələntərli

# 1594 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #