Salam Sarvanın AYB-dən getməsinə rəsmi münasibət

Salam Sarvanın AYB-dən getməsinə rəsmi münasibət
16 oktyabr 2015
# 11:10

"Salam Sarvanın AYB-ə gəlməyindən də, getməyindən də xəbərim olmayıb".


Bunu Moderator.az-a açıqlamada AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca bildirib.

Fikrət Qoca deyib ki, Salam Sarvan AYB-dən çıxmaq üçün ərizə ilə müraciət etməyib.

Xalq şairi bildirib ki, bu, gündəmdə qalmaq üçün atılmış addımdır: "Görürlər ki, təzə şeir, yaradıcılıqda hər hansı bir yenilik yoxdur, bu cür addımlarla gündəmə gəlmək istəyirlər. AYB yaradıcı, azad təşkilatdır, gələnlər də olur, gedənlər də. Burda qeyri-adi bir şey yoxdur".

Xatırladaq ki, şair Salam Sarvan bu gün AYB-dən çıxdığını bəyan edib.

# 1517 dəfə oxunub

Müəllifin son yazıları

# # #