Elçin Qocayev: “Ölü nəfəs” - Ən qısa hekayə

Elçin Qocayev: “Ölü nəfəs” - Ən qısa hekayə
21 dekabr 2013
# 22:00

Kulis.az Elçin Qocayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ölü nəfəs” (243 işarə) hekayəsini təqdim edir.

Fərhad bu gün yenə oyanmaq istəmədiyi dünyaya oyandı. Atası vəfat etmişdi, sevgilisindən ayrılmışdı, çalışdığı zavod bağlanmışdı, universitetdən də qovulmuşdu. Çox yorğun və zəif idi. Sanki nəvazişə ehtiyacı vardı. Ana nəvazişinə, 21 il öncə o doğularkən ölən anasının nəvazişinə

# 1811 dəfə oxunub

Müəllifin son yazıları

# # #