Orxan Hüseynov: “Marketinq” - Ən qısa hekayə

Orxan Hüseynov: “Marketinq” - Ən qısa hekayə
21 dekabr 2013
# 20:00

Kulis.az Orxan Hüseynovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Marketinq” (117 işarə) hekayəsini təqdim edir.

Bu an üçün bir ömür gözlədim. Saqqalı yox idi və havada uçmurdu. Cənnəti soruşdum. Siqaretini yandırdı və “Bu, sadəcə marketinqdir” - dedi.

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

# # #