Elmir Murquzov: “Acizlik” - Ən qısa hekayə

Elmir  Murquzov: “Acizlik” - Ən qısa hekayə
21 dekabr 2013
# 10:00

Kulis.Az Elmir Murquzov “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Acizlik” (342 işarə) hekayəsini təqdim edir.

Həmişə oğlunun arxasında duran, bütün səhvlərini düzəldən ata övladının ölüm döşəyindəykən də son arzusunu yerinə yetirmək istəyirdi.

Oğlu üçün asanlıqla hər şeyi edə biləcəyini düşünürdü. Nə istədiyini soruşduqda oğlu cavab verdi:

“Ata, həmişə hər işimi yoluna qoymusan. Son bir istəyim var səndən. Mən qaranlıqdan qorxuram. O dünyada tək qalmaqdan qorxuram. Məni orada kiməsə tapşıra bilərsən?”

# 2770 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #