Ayaz Rzayev: “Sağlam düşüncə”-Ən qısa hekayə

Ayaz Rzayev: “Sağlam düşüncə”-Ən qısa hekayə
19 dekabr 2013
# 12:00

Kulis.az Ayaz Rzayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sağlam düşüncə” (485 işarə) hekayəsini təqdim edir.

O, qəhrəman deyildi. Məsih kompleksi də yox idi. Sadəlövh də deyildi. Onu həqiqətən sevirdi, amma yaxşı başa düşürdü ki, indi döşəmədə oturan bu mavi gözlü qızcığazı heç bir şey xilas edə bilməzdi.

Əgər “Clozapine” xəstəliyin qarşısında gücsüz idisə, onun da edə biləcəyi bir şey yox idi. Onu sevirdi, həqiqətən çox sevirdi, amma daha belə davam edə bilməzdi. Onun iradəsi tükənmişdi. Daha dayanmağa gücü qalmamışdı.

Getmək lazım idi. Və bu, əlbəttə ki, qorxaqlıq deyildi. Amma nədənsə tavandan döşəməyə qədər uzanan nəhəng pəncərədə öz əksinə baxdıqca, ürəyi bulanırdı.

# 1603 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #