Rahil Kərimov: “Cansız cani”-Ən qısa hekayə

Rahil Kərimov: “Cansız cani”-Ən qısa hekayə
17 dekabr 2013
# 18:00

Kulis.az Rahil Kərimovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Cansız cani” (476 işarə) hekayəsini təqdim edir.

Bir ildir ağciyər xərçənginə tutulmuş İslamın ölümünə ən çox qardaşı Qurban ağlayırdı. Onun titrəyən barmaqları közərən siqareti göz yaşları ilə islanmış dodaqlarına aparıb gətirirdi. Üfürdü havaya son tüstü selini və hirslə atdı yerə siqaret kötüyünü. Beləcə qardaşının qisasını almış oldu elə bil. “Öldürdü” siqareti. Yerdə közərərək “can verən” siqaret kötüyü isə külək əsdikcə uzaqlaşırdı Qurbandan. Sanki növbəti missiyası başa çatmışdı.

# 2421 dəfə oxunub

Müəllifin son yazıları

# # #