Telman Bayramoğlu: "Qızıl diş" Ən qısa hekayə

Telman Bayramoğlu: "Qızıl diş" Ən qısa hekayə
17 dekabr 2013
# 19:00

Kulis.Az Telman Bayramoğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qızıl diş” (490 işarə) hekayəsini təqdim edir.

Dostu məzarın üstündəki yaş torpağı qaydaya saldı.

-Gördün...Cənazəsini gətirməyə adam tapılmırdı.

Dinmədi.

-Aldın pulunu?

-Hə...

Səsi kədərliydi.

-Adama nə qədər düşdü?

Yumduğu ovcunu açdı.

-Bu nədir?

-Anası verdi.

Dostu heyrətləndi.

-Anası dedi ki, gözünün ağı-qarası oğlunu yetimçilikə böyüdüb.

Sonra əlavə etdi:

-Keçən ay müharibəyə gedəndə qızıl qapağın altındakı ağrıyan dişini çəkdirib. Mən gələnə qədər kimsəyə əyilmə.-deyib.-Çətin günündə bunu satarsan.

Təzəcə torpaqlanmış məzara boylandı.

-Həkim sonradan deyirmiş ki oğlanın dişi-zadı ağrımırmış...

# 2508 dəfə oxunub

Müəllifin son yazıları

# # #