Sahil Abbasbəyli: "Qiyabi ölüm" Ən qısa hekayə

Sahil Abbasbəyli: "Qiyabi ölüm" Ən qısa hekayə
17 dekabr 2013
# 14:00

Kulis.Az Sahil Abbasbəylinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qiyabi ölüm” (235 işarə) hekayəsini təqdim edir.

Aytən ruhi xəstələr üçün dispanserin damına çıxıb gecə lampaları ilə işıqlanmış şəhərə baxdı.

“Uydaa. Burdan şəhər nə gözəl görsənirmiş. Heyif, bilsəydim daha əvvəl çıxardım”.

Başını qaşıyaraq bir qədər düşündü.

“Eybi yox, gələn dəfə yenə baxaram,” deyib özünü damdan atdı.

# 2152 dəfə oxunub

Müəllifin son yazıları

# # #