Kulisdə “Ən qısa hekayə” müsabiqəsi ŞƏRTLƏR

Kulisdə “Ən qısa hekayə” müsabiqəsi  ŞƏRTLƏR
16 dekabr 2013
# 12:00

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

1. Hekayələr Azərbaycan dilində yazılmalıdır.

2. Hekayələr üçün mövzu məhdudiyyəti qoyulmur.

3. Hekayələrin həcmi 500 işarədən (boşluqsuz) artıq olmamalıdır.

4. Müsabiqə üçün göndərilən bütün hekayələr Kulis.Az saytında dərc olunacaq.

5. İştirakçılar [email protected] ünvanına yazı ilə birlikdə məktubda özləri haqqında məlumat (ad, soyad, ata adı, təhsil səviyyəsi, əlaqə nömrələri, fotoşəkil) göndərməlidirlər.

6. Hər iştirakçı yalınız bir hekayə göndərə bilər. Hekayələr əvvəlcə heç bir KİV və internet resurslarında çap edilməməlidir. Çap edilmiş hekayələr müsabiqəyə buraxılmayacaq.

7. Qaliblər müsabiqənin iştirakçılarının arasında 25 dekabrda, saat 15.00-da APA Holdinqdə keçirilən açıq səsvermə ilə müəyyən ediləcək. Səsvermədən dərhal sonra mükafatlandırma mərasimi başlayacaq.

8. Birinci yerin qalibi 300, ikinci yerin qalibi 200, üçüncü yerin qalibi 100 manat pul mükafatı ilə mükafatlandırılacaq.

9. Facebook sosial şəbəkəsində keçirilən sorğunun qalibi isə Kulis.Az-ın xüsusi diplomu ilə təltif ediləcək.

Təşkilat Komitəsinin üzvləri:

Sədr: Qan Turalı

Üzvlər: Ağa Cəfərli

Mirmehdi Ağaoğlu

# 13613 dəfə oxunub

Müəllifin son yazıları

# # #