Xalq Yazıçısı ilə vida mərasimi Mahnı Teatrında keçiriləcək

Xalq Yazıçısı ilə vida mərasimi Mahnı Teatrında keçiriləcək
9 iyul 2013
# 12:07

Xalq Yazıçısı Gülhüseyn Hüseynoğlu ilə vida mərasiminin vaxtı dəqiqləşib. Mərhumla vida mərasimi sabah saat 15.00-da Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Bu barədə Kulis.Az-a Yazıçılar Birliyindən məlumat daxil olub.

Bu gün dünyasını dəyişən Xalq Yazıçısı Gülhüseyn Hüseynoğlu II Fəxri Xiyabanda dəfn olunacaq.

G. Hüseynoğlu 90 yaşında vəfat edib.

Antisovet "İldırım" təşkilatının qurucularından biri kimi uzunmüddətli katorqa cəzasına məhkum edilmiş G. Hüseynoğlu Mikayıl Müşfiq barədə elmi monoqrafık əsərlərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir.

G. Hüseynoğlu oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınır.

# 1868 dəfə oxunub

Müəllifin son yazıları

# # #