Bu kitabı alan Kiprə səyahət imkanı qazanacaq

Bu kitabı alan Kiprə səyahət imkanı qazanacaq
11 noyabr 2016
# 13:40

Müşfiq XANın yeni işıq üzü görən “Yalnızlığın bal ayı” adlı psixoloji məhəbbət romanının imza günü keçiriləcək. Kulis.azın məlumatına görə imza günü noyabrın 13-ü, saat 14:00-da Kitabevim.az-da baş tutacaq.

Görüş günü müəllifin bütün kitabları 30 faizlik endirimdə olacaq.

Qeyd edək ki, roman InTravel Az turizm agentliyinin təqdim etdiyi “Kitab oxu, Səyahət qazan” kampaniyası ilə işıq üzü görüb. Bu da oxuculara Şimali Kiprə səyahət bileti qazanmaq imkanı verir.

Görüşə bütün mütaliə həvəskarları dəvətlidir.

Ünvan: Nəsimi ray, Puşkin küç. 32, AK Center II mərtəbə (28 may m/s)
Tel.: (+99455) 877 24 44, (+99412) 498 79 89

# 883 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #