AYB Gəncə bölməsinin sədri dünyasını dəyişdi

AYB Gəncə bölməsinin sədri dünyasını dəyişdi
29 avqust 2014
# 09:23

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Məmməd Alim qəflətən dünyasını dəyişib.

Bu barədə Kulis.az saytına Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Məmməd Alim Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatıdır. Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırmış.

Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında “Yuva qurdum söz içində. Məmməd Alim” adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.

Allah rəhmət eləsin!

# 1465 dəfə oxunub

Müəllifin son yazıları

# # #