Rufan İbrahimli: “Dinləmək”-Ən qısa hekayə

Rufan İbrahimli: “Dinləmək”-Ən qısa hekayə
25 dekabr 2013
# 18:00

Kulis.az Rufan İbrahimlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Dinləmək” (260 işarə) hekayəsini təqdim edir.

Gərçəkləri eşq deyər. Lakin eşqin nə zaman danışacağını gözləmək əbəsdir. Çünki o hər zaman danışır. Sizin üçün çətin olan isə dinləməkdir. “Karın könlündəki” məsəlindəki kimi sadəcə eşitmək istədiklərinizi eşidirsiniz. Bütün anlaşmamazlığlarımızda burdan başlayır. Dinləməyi bacarmamağımızdan…

# 1537 dəfə oxunub

Müəllifin son yazıları

# # #