Günel Abdullayeva: “Cəhət”-Ən qısa hekayə

Günel Abdullayeva: “Cəhət”-Ən qısa hekayə
24 dekabr 2013
# 16:00

Kulis.az Eyvaz Əzimovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Cəhət” (387 işarə) hekayəsini təqdim edir.

Mən bölünmüşəm. Şimalla Cənub bölünən kimi. Mən tərəddüdəyəm. Qərb Şərqi inkar edən kimi. Mən getmək istəyirəm. Amma kainatın günəşdən bir türlü qopub gedə bilmədiyi kimi.

Mən indi “kor” olmuşam. Tunelin sonunda işığı görən “kor” kimi. Mən “lal”am. Yalnız “bağışla məni, hər şeyi düzəldəcəm” sözündən başqa digər cümlələrə cəsarətsiz “lal” kimi. Mən “kar”am. Başqa cavab almaq istəyi ilə sorduqlarıma bildiyim cavabı alıb eşitmək istəməyən “kar” kimi.

# 2096 dəfə oxunub

Müəllifin son yazıları

# # #