Zeynəb Kazımova: “Qəzəb” - Ən qısa hekayə

Zeynəb Kazımova: “Qəzəb” - Ən qısa hekayə
21 dekabr 2013
# 18:00

Kulis.az Zeynəb Kazımovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qəzəb” (477 işarə) hekayəsini təqdim edir.

Elə bil başına bir qaynar qazan su tökdülər. Necə? Ola bilməz! Kimdir ona sataşan!? Gərək yeddi başı olsun o adamın.

Amma olan olmuşdu.

Qəzəbdən gözləri hədəqəsindən çıxmış, qan canağına dönmüşdü, bəbəyi az qala partlayacaqdı. Əlini yaxınlıqdakı stula atdı, onu zərblə necə tulladısa, evin tavanına dəyən taxta stul parça-parça olub yerə töküldü. İkinci, üçüncü, ... əlinə keçən istənilən əşyanı çilik-çilik etdi. Yorulana kimi. Və nəhayət, əlləri ilə üzünü tutub qışqırmağa başladı. Kimi isə söyür, kiməsə şikayət edirdi...

“Dəlixana maşını” gələnə qədər.

# 1725 dəfə oxunub

Müəllifin son yazıları

# # #