Asya Məmmədli: “Çığırtı” - Ən qısa hekayə

Asya Məmmədli: “Çığırtı” - Ən qısa hekayə
21 dekabr 2013
# 16:00

Kulis.az Asya Məmmədlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Çığırtı” (310 işarə) hekayəsini təqdim edir.

8 ay 30 gün idi ki, ana bətnindəydim. Dünyaya göz açmağıma cəmi bir neçə saat qalmışdı. Hamı kimi mən də səbirsizliklə həyata gəlməyi gözləyirdim. Və bu an gəlib çatdı. Hamı həyəcanla mənim çığırtımı eşitmək istəyirdi. Lakin hələ də səs-səmir yoxdu. Birdən ... çığırtı səsi eşidildi. Lakin bu, mənim deyildi. Çünki artıq çoxdan buludlar arasında özümə yer tapmışdım.

# 1997 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #