Dilman Şahmərdanlı: “Dahi” Ən qısa hekayə

Dilman Şahmərdanlı: “Dahi” Ən qısa hekayə
17 dekabr 2013
# 15:00

Kulis.Az Dilman Şahmərdanlının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Dahi” (498 işarə) hekayəsini təqdim edir.

Dahi qayıdır

Hamı coşqu ilə şəhər, kənd, küçə, çığır, dərə, təpə, meşə, dəniz, göl, çay – hər yerdən boş gilizləri, tüstülənən mərmiləri, sınıq-əzik silahları qara üzlü, qara qəlbli meyitlərlə birgə dərin çalalara gömür, üstlərini də möhkəm bərkidirdi.

Havadan barıt iyi çəkilmiş, qatı tüstü dumanı seyrəlmişdi. Durmadan yağan qan kəsmişdi. Səhərin ilıq nəfəsi: “qurtardı, keçdi”- deyirdi. Üfüq Günəşi gözləyirdi.

Bəmbəyaz əlbisəli, tər-təmiz adamlar əllərində gül dəstəsi küçələrə axışırdı. Bütün insanlar onun pişvazına çıxmışdı ― Qan izini kəsən, yer üzünü qurtaran Dahinin!

# 1976 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #