Hacıağa Əliyev: “Hardasan?” - Ən qısa hekayə

Hacıağa Əliyev: “Hardasan?” - Ən qısa hekayə
27 iyul 2017
# 21:00

Kulis.Az Hacıağa Əliyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Hardasan?” (444 işarə) hekayəsini təqdim edir.

11 ildir təhsilimlə əlaqədar olaraq valideynlərimdən ayrı yaşayıram. Hər gün atam zəng edib “Hardasan?” sualını verir. İnanın salam da vermir, birbaşa “Hardasan?” deyir. Hətta telefona da nömrəsini hər kəs kimi ata yox, “Hardasan?” yazmışam, telefona baxan kimi yadıma düşür və o bir neçə saniyə ərzində rahat yalan istehsal edə bilirəm. Bir dəfə də gecə 23:30 radələrində zəng etdi. Mənim də heç keyfim yox idi və çox əsəbi idim. “Hardasan?” dedi... dedim Facebookda. Dedi :“Rədd ol get evə, bu vaxtı facebookda nə işin var ?”

# 2119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #